YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Dahi xilaskar, böyük qurucu”

Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatı 6 nömrəli ərazi partiya təşkilatında “Heydər Əliyev İli” çərçivəsində “Dahi xilaskar, böyük qurucu” mövzusunda dəyirmi masa keçirilib.

Partiya fəalları əvvəlcə ulu öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən ərazi partiya təşkilatının sədri Namiq Zeynalov 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması barədə Prezident İlham Əliyevin imzaladığı Sərəncamın əhəmiyyətinə toxunaraq, Ulu Öndərin həyat və fəaliyyətinin araşdırılması, öyrənilməsi, təbliği, gələcək nəsillərə çatdırılması baxımından vacibliyini bildirib.

Ərazi partiya təşkilatının sədr müavini Turan Əhmədova və gənc partiya fəalları çıxışlarında xalqımızın ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının 30 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıblar.