YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Energetika sahəsində əməkdaşlığın aktuallığı artır

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Azərbaycan ilə Rumıniya arasında enerji sahəsində əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir. 

Dünyada baş verən geosiyasi hadisələr fonunda bu gün Avropanın Azərbaycan qazına olan tələbatı getdikcə artmaqdadır və Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.  Azərbaycan qazının Rumıniya vasitəsi ilə Avropaya çatdırılması tranzit ölkə kimi Rumıniya dövləti üçün də böyük iqtisadi əhəmiyyətə malikdir. Eyni zamanda ölkələrimiz arasında ticarət dövriyyəsidə artmışdır.

Prezident İlham Əliyevin həyata keçirdiyi enerji siyasəti ölkəmiz üçün mühüm inkişaf prespektivləri müəyyən edir.

Fevralın 2-də Prezident İlham Əliyevin Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri zamanı verdiyi bəyanat hər iki ölkənin qarşılıqlı inkişafı üçün mühüm strateji əhəmiyyətə malikdir. Prezident İlham Əliyev mətbuata verdiyi birdə bəyanat zamanı bildirmişdir ki, “Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bu gün müzakirə olunan və həll etdiyimiz məsələlər doğrudan da strateji əhəmiyyət daşıyır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir. Eyni zamanda, ticari-iqtisadi sahələrdə də nəticələr var. Ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil. Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Biz ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atacağıq və ümid edirəm ki, hökumətlərarası komissiyanın fəaliyyəti məhz bu məqsədi güdəcək. Komissiya keçən il Bakıda görüşüb, bu il isə Buxarestdə görüşəcək. Beləliklə, ticari-iqtisadi sahədə də yaxşı nəticələr ola bilər.”

Qeyd etmək lazımdır ki, uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. Rumıniya Prezidentinin Azərbaycana səfəri, səfər çərçivəsində iqtisadi və siyasi sahələrlə bağlı imzalanmış sənədlər iki ölkə arasında strateji əlaqələri daha da genişləndirmiş oldu. 

Prezident İlham Əliyevin uğurla yürütdüyü, düzgün istiqamətdə seçilmiş xarici dövlət strategiyası nəticəsində Azərbaycan etbarlı strateji tərəfdaş kimi dünyada enerji təhlükəsizliyinin təmin olunmasında böyük önəm daşıyan ölkəyə çevrilmişdir.

DİGƏR Xəbərlər Arxiv