YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan qaz ixracatını sürətlə artırır

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Fevralın 2-də Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycan Respublikasına rəsmi səfəri, bu səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşləri və səsləndirilən birgə bəyanatlar iki dost və tərəfdaş ölkə arasında gələcək əlaqələrin daha da inkişafı və möhkəmlənməsinə zəmin yaradıb. Azərbaycanla Rumıniya arasında diplomatik əlaqələrin əsası 1992-ci ildə qurulub. Həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib. Bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları tərəfindən Azərbaycan Cənubi Qafqazın təhlükəsizlik qarantı, inkişaf mənbəyi adlandırılıb. Azərbaycanla Rumıniya arasında siyasi, iqtisadi, ticari, mədəni və bir çox digər sahələrdə əməkdaşlıq nünasibətləri dinamik inkişaf edir.

Prezident İlham Əliyevin Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri zamanı verdiyi bəyanat zamanı qeyd etdi ki, Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bu gün müzakirə olunan və həll etdiyimiz məsələlər doğrudan da strateji əhəmiyyət daşıyır. Buxarestdə olarkən təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanmışdır. Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir.

Rumıniya ilə Azərbaycan 30 il ərzində gözəl diplomatik və siyasi münasibətlərə malikdir. 2022-ci ildə bunun çox güclü bir dinamikası baş verdi və Prezident İlham Əliyev Buxarestə səfər etdi. Səfər zamanı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair saziş imzalanmışdı. Azərbaycan ildən-ilə xaricə qaz ixracatını sürətlə artırır. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə Strateji Tərəfdaşlıq Memorandumu bu artımın bariz göstəricisidir. Son illərdə ölkəmizdə yaşıl enerji sahəsində çox önəmli addımlar atılıb. Bu layihə çox strateji və böyük sərmayə tələb edən layihə olmaqla yanaşı həm də bir neçə ölkəni, iki dənizi birləşdirən layihədir. Bu layihənin uğurla həyata keçirilməsi işlərində bir sıra ölkələr kimi Rumıniya da maraqlıdır. İldən ilə Azərbaycan və Rumıniya arasında əməkdaşlıq potensialı get-gedə artır, bu isə regionun və Avropa İttifaqının daha sıx əməkdaşlığı üçün çox vacib amillərdən biridir. Beləliklə, həm Cənub Qaz Dəhlizi, həm də Azərbaycanda istehsal olunan elektrik enerjisinin nəqli üçün çəkiləcək sualtı kabel, bərpaolunan enerji sahəsində Avropa Komissiyası tərəfindən dəstəklənən layihələr bütövlükdə Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsinə əhəmiyyətli töhfə verəcək. Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin inkişafına böyük təsir göstərəcək.