YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova TBMM-in sədrinə başsağlığı məktubu ünvanlayıb

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində çoxsaylı insanın həlak olması ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa başsağlığı məktubu ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, məktubda Milli Məclisin sədri dəhşətli zəlzələ nəticəsində ölkənin Kahramanmaraş, Qaziantep vilayətlərində və digər cənub bölgələrində çoxsaylı insanın həlak olması, yaralanması və dağıntılar barədə xəbərdən kədərləndiyini bildirib, faciə ilə əlaqədar TBMM-in sədrinə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Milli Məclisin üzvləri adından dərin hüznlə başsağlığı verərək, yaralananların tezliklə sağalmasını arzu edib.