YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Bakı-2015” birinci Avropa Oyunlarının təxliyə proseduru uğurla sınaqdan keçirilib

İyunun 4-də “Bakı-2015” birinci Avropa Oyunlarının təxliyə proseduru sınaqdan keçirilib.

Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş ofisi qarşısında keçirilən sınaq əməliyyatı uğurla başa çatıb.

Komitənin əməkdaşı bildirib ki, hər bir böyük təşkilat belə mötəbər tədbirdən əvvəl özünün fövqəladə vəziyyət və təxliyə imkanlarını sınaqdan keçirir. “Bakı-2015” birinci Avropa Oyunlarının Əməliyyat Komitəsi də bu gün bu imkanları uğurla və rəvan şəkildə həyata keçirib.