YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanladı

Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Respublika Günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına Amerika xalqı adından və şəxsən öz adımdan ən xoş arzularımı çatdırıram. 1918-ci il mayın 28-də müsəlman dünyasında ilk dünyəvi və demokratik dövlətin – Azərbaycan Respublikasının müstəqilliyinin elan olunması münasibətilə əlamətdar bayramı qeyd edən bütün Azərbaycan xalqına biz də qoşuluruq.

Ölkələrimiz arasında təhlükəsizlik məsələlərində güclü əməkdaşlıq mövcuddur və biz Azərbaycanın NATO-nun Əfqanıstandakı missiyasında iştirakını yüksək dəyərləndiririk. Ötən illər ərzində ölkələrimiz arasında enerji sahəsində də sıx tərəfdaşlıq qurulmuşdur və biz ötən ilin dekabr ayında “Cənub” qaz dəhlizi layihəsi çərçivəsində yekun investisiya qərarının imzalanmasını yüksək qiymətləndiririk. Biz Azərbaycanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsində liderlik rolunu öz üzərinə götürməyə çağırırıq. Biz, həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində irəliləyiş əldə etmək üçün Azərbaycana kömək etməyə hazırıq. Bu, hamımızın arzuladığı daha güclü, sabit və müstəqil Azərbaycana əhəmiyyətli töhfə verəcəkdir.
Zəngin mədəniyyət və tarixə malik Azərbaycan xalqını milli bayramınız münasibətilə bir daha təbrik edirik.”