YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır

Abşeron rayonunda 2 Fevral – Azərbaycan Gəncləri Günü rayonun fəal gəncləri ilə birgə qeyd edilib.

Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi rəhbərin xatirəsini dərin ehtiramla anaraq önünə gül dəstələri düzüblər.

Sonra Heydər Əliyev Mərkəzində “Ümummilli Lider Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda davam etdirilən tədbirdə Ulu Öndərin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi çox böyük və uğurlu inkişaf yolu keçib. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, 2 fevral tarixi Gənclər Günü elan edilib. Qeyd olunub ki, ölkəmizdə gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bu sahənin zəruri qanunvericilik bazası formalaşdırılıb və onların sosial, iqtisadi problemlərinin həllinə, asudə vaxtlarının səmərəli təşkilinə yönələn, eləcə də öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, Dövlət proqramları qəbul olunaraq yerinə yetirilib.

Vurğulanıb ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində gənclər dövlət idarəçiliyinə cəlb olunub, o cümlədən gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəsinin təşkili, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün münbit şərait yaradılıb.

Daha sonra YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev ölkəmizdə müvəffəqiyyətlə həyata keçirilən gənclər siyasətindən və əldə olunan uğurlardan söz açıb. Bildirib ki, ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasəti nəticəsində sağlam düşüncəli, vətənpərvər, xalqını sevən gənclər yetişib. Qeyd olunub ki, müstəqillik dövründə doğulub böyüyən, vətənpərvərlik ruhunda tərbiyə olunan gənclərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qələbə qazanaraq torpaqlarımızı işğaldan azad edib.

Bakı Mühəndislik Universitetinin Tələbə Həmkarlar İttifaqının sədri Ləman Şərifova Azərbaycan gənclərinin müasir, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətin apardığı gənclər siyasətinin rolundan bəhs edib.

Sonra rayonun ictimai həyatında fərqlənən bir qrup gəncə fəxri fərmanlar və hədiyyələr verilib.

Rayon gəncləri II Fəxri xiyabanda, Xırdalan şəhər Şəhidlər xiyabanında, həmçinin rayonun kənd və qəsəbələrində şəhidlərimizi ziyarət edib, məzarları üzərinə gül dəstələri düzüblər.