YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İran terrorçunu xəstə adı ilə məsuliyyətdən yayındırmaq istəyir

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadənin psixi xəstə kimi qələmə veriləcəyi əslində gözlənilən idi. Çünki İran hadisədən sonra davranışları ilə bu məsələnin obyektiv araşdırılmayacağının anonsunu vermişdi. Rəsmi Tehran terroru ört-basdır edib məsələyə ailə-məişət donu geyindirməklə hadisənin əsl mahiyyətinin izlərini silməyə, bir-birinin ardınca cəmiyyətə yalan məlumatlar ötürməyə çalışırdı. İran Yasin Hüseynzadəni terror aktından dərhal sonra televiziya kanalları qarşısına çıxarmaqla terrorçunu qoruduğunu, terroru dəstəkləyən dövlət olduğunu bir daha açıq şəkildə dünyaya nümayiş etdirdi. Terrorçudan televiziyalar vasitəsilə müsahibələrin alınması bir daha onu təsdiq edir ki, bütün bunlar öncədən hazırlanmış plandır. Cinayəti törətmiş şəxsin “psixoloji xəstə” adı ilə xəstəxanaya yerləşdirilməsi də onu sübut edir ki, bu terror aktına çox ciddi hazırlıq işləri aparılıb. Heç şübhəsiz ki, İran vətəndaşı Yasin Hüseynzadənin Azərbaycan səfirliyində törətdiyi terror aktı əvvəlcədən planlaşdırılmış ssenari üzrə hərəkət idi. Təbii ki, İranın qələmə verdiyi kimi psixi pozğunluğu olan xəstə belə bir ssenarini yerinə yetirə bilməzdi. Əgər onun psixi pozğunluğu vardısa o zaman ilk növbədə səfirliyin qarşısnda dayanan İran polisini hədəfə almalı idi. Amma o, polisə atəş açmadı, polis də terrorçunu zərərsizləşdirmək üçün heç bir addım atmadı. Hansı ki, başqa ölkələrdə bu cür terrorçular həmin an yerindəcə zərərsizləşdirilir. İran telekanallarına müsahibə verərəkən də həmin şəxsdə heç bir psixi əlamətlər duyulmurdu. Terrorçunu psixi xəstə adı ilə xəstəxanaya yerləşdirməklə rəsmi Tehran vaxtı uzadıb nəyəsə nail olmağı düşünür. Bu hal isə açıq-aşkar təsdiq edir ki, İran terrorçunu xəstə adı ilə məsuliyyətdən yayındırmaq istəyir. Rəsmi Tehran bu hərəkəti ilə cinayətin arxasında özünün məkrli niyyətinin dayandığını bir daha təsdiqləmiş olur.