YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Klaus Yohannis: Xəzər qazı barədə Prezident Əliyevin verdiyi təminatlar Avropa bazarları üçün sabitliyi təmin edə bildi

2022-ci ildə biz görünməmiş enerji çağırışları ilə üzləşdik. Qazın çatışmaması və ya münasib əlçatan qaz təşkilatının olmaması, qiymətlərin dəyişkənliyi və bazarda qeyri-sabitlik baş verdi.

Bu fikri Rumıniya Prezidenti Klaus Yohannis fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.

Onun sözlərinə görə, bu çağırışlar kompleks siyasət və tənzimləyici qaydaları tələb edir.

“Avropa bazarına Xəzər qazının çatdırılması barədə Azərbaycan adından Prezident Əliyev tərəfindən şəxsən verilmiş təminatlar bazarlar üçün ən çətin anda çoxdan tələb olunan sabitlik və proqnozlaşdırmanı təmin edə bildi”, - deyə Rumıniya Prezidenti vurğulayıb.