YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pakistan mətbuatı Heydər Əliyev Fondunun İslamabaddakı xeyriyyə aksiyası haqqında yazır

İslamabaddakı Al-Farabi adına Əlil Uşaq Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən humanitar aksiya Pakistan mətbuatında geniş işıqlandırılıb.

İngilis və urdu dillərində çap edilən “Pakistan Observer”, “The News”, “National Herald Tribune”, “Diplomatic Star” “DNA”, “Centreline”, “Pakistan in the World”, “Daily Jinna”, “Daily Sama” qəzet, jurnal və informasiya agentlikləri tədbir haqqında materiallar yayıb.

Materiallarda bildirilir ki, mərkəzdə keçirilən tədbirdə çıxış edənlər fiziki qüsurlu uşaqlara yardıma görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıq edib, bunu Pakistan və Azərbaycan arasında qardaşlıq münasibətlərinin təzahürü kimi qiymətləndiriblər.

Qeyd edilir ki, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov tədbirdə xalqlarımız arasındakı dostluq münasibətləri, Heydər Əliyev Fondunun fəaliyyəti haqqında söhbət açıb. D. Şikarov Mehriban Əliyevanın Pakistanın “Hilal-e-Pakistan” ordeni ilə təltif olunmasının yüksək qiymətləndirildiyini vurğulayıb.