YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci Avropa Oyunlarının məşəli Şabranda

Birinci Avropa Oyunlarının məşəli iyunun 4-də Şabrana gətirilib.

Məşəl Şabran şəhərinin girişində qurulan Oyunların rəmzi qapısında rayon ictimaiyyəti tərəfindən böyük sevinclə qarşılanıb. Qarşılanma mərasimində milli rəqslər, oyunlar nümayiş etdirilib.

Məşəl əməkdar məşqçi Telman Bayramov tərəfindən qəbul olundu. Sonra 10 nəfər məşəlçinin yürüşünə start verildi. Onlar rayon sakinlərinin alqışları ilə məşəli bir-birinə ötürərək Məhəmməd Əmin Rəsulzadə, Zərifə Əliyeva küçələri və Heydər Əliyev prospekti boyunca 2 min 400 metr məsafə qət etdilər. Sonuncu məşəlçi, əməkdar məşqçi Asif Abdullayev Heydər Əliyev prospektində quraşdırılan səhnəyə qalxaraq məşəli alovlandırdı. Şabranlılar məşəlin alovlandırılmasını böyük coşqu ilə qarşıladılar.

Şabranlı gənc Günel Zeynalova Avropa Oyunlarının çırağını yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verdi.

Birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarx nümayiş etdirildi.

Bununla da Şabran birinci Avropa Oyunlarının məşəlinin alovlandırıldığı 57-ci yaşayış məntəqəsi oldu.