YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənclərimiz Vətən müharibəsinin ağır sınağından əsl qəhrəman kimi çıxdılar

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı Gəncə şəhəri Heydər Əliyev Mərkəzində "Heydər Əliyev İli" çərçivəsində "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirib. 

Öncə tədbir iştirakçıları Ümummilli Liderin Mərkəzin önündəki abidəsini ziyarət ediblər. Sonra Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən foto-stendlərə baxış keçirilib.

Tədbirdə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Bu əlamətdar gün ümumilli lider Heydər Əliyevin Sərəncamı ilə MDB məkanı və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin gənclər arasında vətənpərvərlik hisslərinin daha da artmasına əyani sübut kimi Vətən müharibəsinin ilk günündən gənclərin işğal altındakı torpaqların azadlığı uğrunda mübarizə əzmini göstərmək olar.

Sonra Kəlbəcər rayon Gənclər və İdman idarəsinin rəisi Musa Mamedov, Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul işçisi Hikmət Bağırov, Vətən müharibəsi qazisi Xəyyam Fətəliyev, Texnologiya Unveristetinin magistrı Vüsalə Baxışlı çıxış edərək bildirdilər ki, gənclərə olan diqqət və gənclər siyasətinin davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etməkdə növbəti addım oldu. Gənclərə ayrılan bu diqqətin, qayğının nəticəsidir ki, Azərbaycan gəncləri bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici siyasət kursunu alqışlayr, bu siyasətin icrasında daim onun yanındadırlar.

Tədbirin sonunda Vətən müharibəsi qazilərinə və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclərə fəxri fərmanları təqdim edilib.