YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Azərbaycan-Macarıstan münasibətləri yüksələn xətlə inkşaf etməkdədir

“Azərbaycan dövlətinin xarici siyasətində Mərkəzi və Şərqi Avropa ölkələri ilə həmçinin Macarıstanla əməkdaşlığın inkişafı prioritet istiqamətlərdəndir. Azərbaycanla Macarıstan arasında hər zaman yüksək diplomatik, iqtisadi  və digər sahələrdə münasibətlər mövcud olmuşdur. Bu münasibətlər hər iki dövlətin səyi nəticəsində yüksələn xətlə inkşaf etmişdir. Eyni zamanda hər iki dövlət beynəlxalq miqyasda bir-birini dəstəkləmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri, səfər zamanı keçirilən görüşlər və imzalanmış sənədlər ölkələrimiz arasındakı əlaqələrin gələcək inkşafına böyük təkan verəcək”. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, səfər çərçivəsində bir sıra ikitərəfli sənədlər imzalandı ki, bu sənədlər içərisində  Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə və Anlaşma Memorandumu xüsusi yerə və böyük əhəmiyyətə malikdir.

Səfər zamanı Macarıstanın Baş naziri Viktor Orban ölkələrimiz arasındakı əlaqələrin yüksək inkşafına görə Azərbaycan Prezidenti İlham Əliyevə öz minnətdarlığını bildirdi. Eyni zamanda Macarıstanın Baş naziri tərəfindən Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatındakı səmərəli fəaliyyəti və inkşafa, sülhə hesablanmış təşəbbüsləri yüksək qiymətləndirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana səfəri ölkəmizin dünya miqyasındakı yüksək nüfuzunu növbəti göstəricisi oldu: “Prezident İlham Əliyevin ünvanına deyilən xoş, qiymətli və yüksək səviyyəli sözlər hər bir Azərbaycan vətəndaşını qürurlandırdı. Hər bir Azərbaycanlı İlham Əliyev kimi uzaqgörən, müdrik, ölkəsinin inkşafı üçün gecə-gündüz yorulmadan çalışan Prezidenti olduğu üçün fəxr edir ”.