YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şamil Ayrım: Azərbaycan regionda sülh və sabitlik istəyir

Ulu Öndər hər zaman görüşlərində deyirdi ki, aradakı boşluğu doldurmaq lazımdır və biz bir-birimizə daha da yaxın olmalıyıq. Şükürlər olsun ki, hazırda Türkiyə-Azərbaycan münasibətləri Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəlib. Dövlət başçılarımızın tövsiyələri yol xəritəmizi müəyyənləşdirib. Əlaqələrimiz daha da dərinləşir və möhkəmlənir. Ölkələrimiz üçün gələcəyə baxış xüsusi önəm kəsb edir.

Bu fikirləri Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım fevralın 1-də parlamentdə Azərbaycan və Türkiyə parlamentlərinin dostluq qrupları arasında keçirilən görüşdə deyib.

Şamil Ayrım bildirib ki, Azərbaycanın İrandakı səfirliyinə hücumu qəti şəkildə pislənilir və qınanır. İran öz qardaş Azərbaycana qarşı mövqeyini 44 günlük Vətən müharibəsində ortaya qoydu. Bu ölkə anlamır ki, orada milyonlarla azərbaycanlı yaşayır.

Azərbaycanın regionda sülh və sabitlik istədiyini deyən TBMM-in Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Laçın-Xankəndi yolundakı aksiyaya da münasibət bildirərək deyib: “Laçın-Xankəndi yolunda Azərbaycan ekoloqları haqlı olaraq etiraz edir və dinc aksiya keçirirlər. Çünki ölkənin sərvətləri talanır. Biz də Türkiyə-Azərbaycan dostluq qrupu olaraq Azərbaycanın haqq səsini dünyaya çatdırmağı özümüzə borc bilirik”.

Şamil Ayrım qeyd edib ki, Azərbaycan döyüş meydanında Zəfər qazanaraq ərazi bütövlüyünü bərpa edib. Amma Ermənistan sülh sazişinin imzalamaqdan yayınır.

Zəngəzur dəhlizinin əhəmiyyətini vurğulayan türk qonaq bildirib ki, Türkiyə hər zaman Azərbaycanı dəstəkləyəcək.