YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxda Azərbaycan Gəncləri Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı Qazax rayon Gənclər və İdman İdarəsi ilə birgə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Azərbaycan gəncliyi ulu öndər Heydər Əliyev ideyalarına həmişə sadiqdir” mövzusunda tədbir keçirib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin YAP Qazax rayon təşkilatının inzibati binasında yerləşən büstü ziyarət olunub, önünə tər çiçəklər düzülüb.

Tədbirdə ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon təşkilatının sədri Anar Nəbiyev bildirib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycan gəncliyinin həyatında yeni bir dövr başlandı. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda gənclər siyasəti mahiyyət etibarilə yeni mərhələyə qədəm qoyub, gənclər üçün çoxsaylı layihələr icra olunub və bu layihələrin hər birinin ana xəttində isə azərbaycançılıq məfkurəsi dayanıb.

Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, ərazi partiya təşkilatının sədri Aynurə Abbasova, ərazi partiya təşkilatının sədr müavinləri Şəhadət Abbasov, Elvira Cəlilova çıxışlarında qeyd ediblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib və bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra dövlət proqramları təsdiq olunub.

Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri, fəal üzvlərə isə fəxri fərmanlar təqdim olunub.