YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev və Azərbaycan gəncliyi”

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatı “Heydər Əliyev İli” çərçivəsində 2 Fevral – Azərbaycan Gəncləri Günü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir keçirib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin YAP Kürdəmir rayon təşkilatının qərargahında yerləşən büstü ziyarət olunub. 

Tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov bildirib ki, ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Qeyd edib ki, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir: “Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində o zamanlar Sovetlər İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdır. Ulu öndər Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə qayıdışını ən çox alqışlayanlar elə gənclərin özü idi. Heydər Əliyev gənclərə arxalandığı kimi, gənclər də onu böyük bir lider, əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirdilər. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi”.

Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli bildirib ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Vəsilə Əsgərli vurğulayıb ki, “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” deyən Ulu Öndər Azərbaycan gəncliyinin yenidən təşkilatlanması, ölkədə gənclər hərəkatının, gənclik əzmi və enerjisinin vahid mərkəzdən idarə olunması məqsədilə 1994-cü ilin 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılması barədə Fərman imzaladı. 1995-ci ilin martında Respublika gəncləri ilə görüşən Ulu Öndər onların sağlam ruhda tərbiyə olunmaları və əsl vətəndaş kimi yetişmələri naminə əlindən gələni əsirgəməyəcəyini bəyan etdi. Bu bəyanatın real təzahürü 1996-cı ilin 2 fevralından etibarən hər üç ildən bir Azərbaycan gənclərinin forumunun təşkil edilməsi, ölkədə gənclər gününün təsis olunması,gənclərimizin problemlərinin həllinə yönələn çoxsaylı fərman və sərəncamların imzalanması, qanunların qəbulu,  gənclərin dövlət quruculuğu prosesinə cəlb edilməsi ilə reallığa çevrildi.

Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülsüm Qənbərova  “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda, Kürdəmir rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Zəfər Abbaslı “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu idmana qayğı siyasəti bizi yeni qələbələrə çağırır” mövzusunda, Pirili kənd  tam orta məktəbin ibtidai sinif müəlliməsi Aysel Kərimova “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda, YAP-ın gənc fəalı Cəbrayıl Qəniyev “Yeni Azərbaycan Partiyası və gənclər siyasəti” mövzusunda, Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşı  Çinarə Rəsulova “Heydər Əliyev və müasir gənclik” mövzusunda  etdiyi çıxışlarında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasının tarixi əhəmiyyətindən, Ulu Öndərin təhsilə, mədəniyyətə, idmana olan qayğısından, Yeni Azərbaycan Partiyasının tarixindən, şərəfli inkişaf yolundan, dövlətin gənclərə olan  diqqətindən ətraflı söhbət açıblar.

Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.