YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forum işə başlamışdır

Mayın 22-də Sankt-Peterburqda üç günlük Beynəlxalq İqtisadi Forum (PBİF) işə başlamışdır.

18-ci Forumda Azərbaycan da daxil olmaqla, 60-dan çox dövlətin rəsmi nümayəndə heyətləri, dünyanın iri şirkətlərinin rəhbərləri iştirak edirlər.
Rusiya Prezidenti Vladimir Putinin tədbir iştirakçılarına təbrik məktubunda qeyd edilir ki, bu Forum “Dəyişikliklər dövründə etimadın möhkəmlənməsi” mövzusuna həsr edilmişdir. Məktubda deyilir: “Hazırda baş verən sürətli geosiyasi, texnoloji və struktur dəyişiklikləri şəraitində belə bir seçim edilməsi təsadüfi deyildir. Beynəlxalq birlik yalnız qarşılıqlı maraqları nəzərə almaqla, onilliklər boyu sınaqdan çıxmış konstruktiv əlaqələri möhkəmlətməklə, birgə fəaliyyət göstərməklə irəliləyə, gələcək qlobal inkişafı təmin edə bilər”.

Forumda müxtəlif dövlətlərin və işgüzar dairələrin 6500 nümayəndəsi iştirak edir. Tədbirin birinci günündə dünya və Rusiya iqtisadiyyatının problemləri 37 sessiyada müzakirə edilir. Forumun işgüzar proqramı qlobal biznes liderləri sammitinin “Biznesin iqtisadi artıma töhfəsi: Çağırışlar və həll yolları” mövzusunda plenar sessiya ilə açılmışdır.

Forumun ikinci günündə, mayın 23-də “Dəyişikliklər dövründə etimadın möhkəmlənməsi” mövzusunda plenar iclas keçiriləcəkdir. Həmin iclasda Rusiya Prezidenti Vladimir Putinin iştirakı gözlənilir. Bundan əlavə, mayın 23-də “Müasir media: Transformasiyanın qlobal meyilləri və perspektivləri” sessiyası açılacaqdır.