YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputat Ucarda seçicilərini qəbul edib

Milli Məclisin deputatı Ramil Həsənin Ucarda seçiciləri ilə növbəti görüşü olub.

Əvvəlcə deputat Yeni Azərbaycan Partiyası (YAP) Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva ilə birlikdə ümummilli lider Heydər Əliyevin Ucar şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə çiçəklər qoyub.

Eyni zamanda, Ucar rayonundakı Şəhidlər xiyabanında ölkəmizin azadlığı və suverenliyi uğrunda şücaət göstərmiş mərd Vətən oğullarının məzarları ziyarət edilib, ruhlarına dualar oxunub.

Daha sonra Ramil Həsən Ucar rayon Heydər Əliyev Mərkəzində seçicilərini qəbul edib. Qəbul zamanı vətəndaşlar işsizlik, əlilliyin təyinatı, sosial müavinət, sağlamlıq problemləri və bu kimi digər məsələlər ilə bağlı müraciətlər səsləndiriblər. Görüşdə iştirak edən şəhid ailələri və qazilərin müraciətləri də diqqətlə dinlənilib,

Problemlərin bir hissəsi yerindəcə həll olunub. Digər məsələlər isə nəzarətə götürülərək aidiyyəti orqanlara yönləndirilib.