YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samuxda gənclərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatında ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Ulu Öndər bənzərsiz bir şəxsiyyət idi” mövzusunda gənclərlə görüş keçirilib.

Əvvəlcə xalqımız qarşısında böyük xidmətləri olan Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov ümummilli lider Heydər Əliyevin həyat yolundan danışaraq, Ulu Öndərin tarixi bir şəxsiyyət kimi Azərbaycan xalqının qəlbində daim yaşadığını qeyd edib. Bildirib ki, Heydər Əliyevin misilsiz xidmətləri bu gün Azərbaycanı möhkəm və qüdrətli dövlətə çevirib. Hər birimiz Heydər Əliyevin dövlətçilik amallarına sadiq qalaraq, Ulu Öndərin yüksək ideyalarını yaşatmaq və inkişaf etdirmək, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, əlimizdən gələni əsirgəməməli, dövlət başçısının yüksək etimadına uyğun olaraq ölkəmizin hərtərəfli tərəqqisi üçün öz vəzifələrimizi layiqincə yerinə yetirməli və daha əzmkarlıqla çalışmalıyıq.

Sərkar ərazi partiya təşkilatının sədri Şəmistan Yusibov, DAİM ərazi partiya təşkilatının sədri Rahil Həsənov, Az.MMS ərazi partiya təşkilatının sədri Namiq Cəfərov, Qarayeri 1 saylı uşaq bağçası ərazi partiya təşkilatının sədri Mahirə Məmmədova, Samux Ağsaqqallar şurasının sədri Gəray Bayramov, partiyanın gənc fəalı Dilarə Əsgərova çıxışlarında vurğulayıblar ki, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən söz açaraq tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olduğunu vurğulayıblar.