YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniyadakı soydaşlarımızın Tehranda səfirliyimizdə törədilmiş terror aktı ilə əlaqədar bəyanatı

Almaniyada yaşayan soydaşlarımız Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror aktı ilə əlaqədar bəyanat yayıblar.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzi, Münhen Azərbaycan Evi, Alman-Azərbaycan Dostluq Mərkəzi və Alman-Azərbaycan Dostluq Körpüsünün yaydığı bəyanatlarda səfirliyimizin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun qətli, iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı sərt şəkildə pislənib.

Diaspor təşkilatları alman ictimaiyyətini və beynəlxalq birliyi bu qanlı terror hadisəsinə görə etiraz səsini ucaltmağa, regionda sabitliyi pozmağa yönəlmiş təxribatların qarşısının alınması üçün hüquqi-siyasi müstəvidə tədbirlər görməyə çağırıblar.