Xəbərlər
TBMM-nin sədri: Türkiyə-Azərbaycan-Pakistan əlaqələrinə xüsusi əhəmiyyət veririk
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/1c4f497cc4e039db7543e1b1cbab56be.jpg&w=360)
Türkiyə-Azərbaycan-Pakistan arasında üçtərəfli əlaqələrə xüsusi önəm veririk.
Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Pakistan parlamenti sədrinin müavini Zahid Əkrəm Durrani ilə görüşündə deyib.
Əlcəzairdə 17-ci İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər Birliyi Konfransı çərçivəsində bir sıra görüşlər keçirən Şentop bu il Türkiyə-Pakistan diplomatik əlaqələrinin 75-ci ilinin tamam olunduğunu qeyd edib.
TBMM-nin sədri diplomatik münasibətlərdə müsbət inkişafın olduğunu, əlaqələrin yaxşı inkişaf etdiyini deyib. Onun sözlərinə görə, rəsmi Ankara Pakistan-Türkiyə əlaqələri ilə yanaşı, Türkiyə-Azərbaycan-Pakistan arasındakı üçtərəfli əlaqələr mexanizminə də xüsusi önəm verir.