YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan qlobal miqyasda faydalı əməkdaşlığın inkişafına dəstək verir

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Yanvarın 19 da Davos İqtisadi Forumunda Prezident İlham Əliyev Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işlər haqqında beynəlxalq ictimaiyyəti məlumatlandırdı. Hazırda dünyada sürətli dəyişən qlobal iqtisadi tendensiyalar ölkələrdən daha çevik iqtisadi transformasiya tələb edir. Bu potensiala malik ölkələr 21-ci əsrin 3-cü onilliyində yüksək iqtisadi üstünlüklər əldə edərək vətəndaşların rifahını yaxşı şəkildə təmin edə bilərlər.

Azərbaycanın hazırki göstəriciləri önü nümayiş etdirir ki, ölkə dünyada hökm sürən böhranlı vəziyyətlərdən yaranmış fürsətləri düzgün qiymətləndirərək digər ölkələr üçün həttda qlobal miqyasda etibarlı və faydalı əməkdaşlıq mühiti yaradır.

İlk öncə qeyd etmək lazımdır ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən əsas ölkələrdəndir və Azərbaycan qazına olan tələbat daha da artır. Azərbaycan isə hələ əvvəldən neft və qaz ixracından gələn gəlirlərdən tam aslılığın mənfi nəticələrə səbəb ola biləcəyini hesablayaraq vaxtında ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün önəmli addımlar atmışdır. Sadə dildə desək, ötən onillikdə neft və qaz gəlirlərindən səmərəli şəkildə istifadə olunaraq ölkənin qeyri neft sektorunun xüsusilə nəqliyyat infrastrukturunun formalaşdırılması Azərbaycanı beynəlxalq tranzit marşrutlarının rahat keçidi üçün regionda əsas logistik mərkəzə çevirib. Havalimanları, yüksək aşırmaq qabiliyyətinə malik liman, magistral yollar, dəmiryolu infrastrukturu Orta Dəhlizin fəaliyyəti üçün vaxt və maliyyə cəhətdən öz töhvəsini verir. Tranzit marşrutlarının ölkəmizə cəlb olunması isə vətəndaşlarımızın dayanıqlı sosial rifahını təmin etmək üçün geniş sosial imkanlar yaradır. Bizneslər üçün əlverişli mühitin olması vətəndaşlar üçün yeni iş yerlərinin açılması deməkdir.

Azərbaycan eyni zamanda digər dayanıqlı enerji mənbələrinin təminatçısı olmaq üçün mühüm işlər görür. Ölkəmizdə külək və günəş enerjisinin istehsalı və ixracı üçün əlverişli coğrafi şərait var. Bu sahəyə yatırılan investisiyaları gələcəkdə Azərbaycanı külək və günəş enerjisinin əsas təminatçılarından birinə çevirəcək. Artıq bu istiqamətdə ilkin addımlar atılıb və 2027-ci ilədək külək və günəş enerjisi hasilatının 4 qiqavata çatdırılması hədəflənir.

Bir sözlə Azərbaycan əlverişli tranzit ölkə və önəmli yaşıl enerji təminatçısı olaraq dünya ölkələrinə qlobal səviyyədə insanların yaşayışına mənfi təsir edən problemlərin həlli istiqamətində nümunəvi ölkə olacaq.