YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib

BMT Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyir.

Bunu BMT-nin mətbuat katibi Stefan Düjjarik gündəlik brifinqdə jurnalistin sualını cavablandırarkən bildirib. “Mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik”, – deyə BMT nümayəndəsi qeyd edib.

Cümə günü naməlum şəxs Azərbaycanın Tehrandakı səfirliyinə Kalaşnikov avtomatından atəş açıb, nəticədə diplomatik nümayəndəliyinin mühafizə xidmətinin rəisi öldürülüb, onun iki həmkarı xəsarət alıb.

BMT-nin mətbuat katibi vurğulayıb ki, beynəlxalq hüquq diplomatik missiyalara hücum etməyi qəti şəkildə qadağan edir. O, xüsusilə, diplomatik və ya konsulluq nümayəndəliyinin binalarının toxunulmazlığı prinsipini xatırladıb.

Stefan Düjjarik, həmçinin xatırladıb ki, 1961-ci il tarixli Diplomatik əlaqələr haqqında Konvensiya və 1963-cü il tarixli Konsulluq əlaqələri haqqında Konvensiya diplomatik və ya konsulluq nümayəndəliyini hər hansı bir müdaxilə və ya zədədən qorumaq üçün, eləcə də bu missiyalarda sakitçiliyin hər hansı pozulması və ya heyətin ləyaqətinə toxunulmasının qarşısını almaq üçün qəbul edən ölkənin hökumətinin üzərinə lazımi addımlar atmağı öhdəliyi qoyur.

“İran rəsmiləri tərəfindən operativ şəkildə araşdırmaya başlanılıb, ümid edirik ki, günahkar və ya günahkarlar məsuliyyətə cəlb olunacaq”, – deyə Düjjarik vurğulayıb.