Xəbərlər
Bu terror hadisəsinin səbəbləri obyektiv araşdırılmalıdır

Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri
İran qonşu olaraq hər zaman Azərbaycana qarşı riyakar davranıb. 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, digər tərəfdən təcavüzkar Ermənistana dəstək verir: "Qarabağ münaqişəsi bitdikdən sonra İranın Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsini açıq-aşkar əngəlləyərək, Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən gələni etməsi İslamın əxlaq kodeksinə zidd olan əməldir. Həmçinin, İranın din xadimlərin Azərbaycana qarşı yönəlmiş təxribatlarda iştirak etməsi İslam dəyərlərinə qarşı xainlikdən başqa bir şey deyil.
İranın Azərbaycana qarşı məkirli addımları bu gün də davam etdirir. 27-si yanvar Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə xaincəsinə silahlı hücum olub. Terror nəticəsində Orxan Əsgərov şəhid olub, iki yaralımız var. İranda Azərbaycan səfirliyinə qarşı törədilən terror aktı əslində Azərbaycana qarşı terror hücumudur. Bu qanlı olaya görə İran dövləti birbaşa məsuliyyət daşıyır. İran tərəfi Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq öhdəliyini yerinə yetirməli idi.
Səfirliyiməz qarşı törədilmiş terror aktı da İranın Azərbaycana qarşı düşmən siyasətinin bariz sübutudur. İranda səfirliyimizə qarşı törədilən terror aktı Azərbaycana hücumdur və buna görə cavab verilməlidir Tez bir zamanda bu terror hadisəsinin səbəbləri obyektiv araşdırılsın və bütün cinayətkarlar öz layiqli cəzalarını alsınlar.