Xəbərlər
Moldova XİN-i Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib

Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi (XİN) Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı açıqlama yayıb.
Nazirliyin tviter səhifəsində yayılan açıqlamada bildirilir: “Moldova bu gün İranın paytaxtı Tehranda Azərbaycan səfirliyinə təhlükəsizlik xidmətinin rəisinin ölümü və iki mühafizəçinin yaralanması ilə nəticələnən silahlı hücumu kəskin şəkildə pisləyir”.