YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycana qarşı əsassız ittihamlar, terror aktları cavabsız qalmayacaq

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

İkinci Qarabağ savaşı zamanı İranın öz ərazisindən Ermənistana silah-sursat, terrorçu dəstələrin daşınmasına şərait yaratdığını düşünəndə, bu gün İrandakı səfirliyimizdə baş vermiş  qanlı terror aktının səbəbi aydın olur. Ərazidə “xidmət”göstərən  İran polisinin terroçuya heç bir maneçilik törətməməsi, hadisəyə soyuqqanlı reaksiyası göstərməsi, elə bil əvvəlcədən baş verəcək hadisədən məlumatlıdır. Çünki ən azından öz canına bir təhlükə hiss edən insan qeyri-ixtiyari olaraq özünümüdəfiə refleksi göstərməlidir. Ancaq kadrlardan da açıq-aydın görünür ki, polis tam rahat şəkildə hərəkət edir. Baş vermiş bu hadisə bir daha İranın terroru dəstəklədiyini nümayiş etdirir.

Əlbəttədəki, baş vermiş bu terror aktı İranda azərbaycanlılara qarşı törədilmiş ilk hadisə deyil. Fars-molla rejimi şovinizmə söykənərək uzun illərdir soydaşlarımızı sıxışdırır, milli hüquqlarını tapdalayır, Azərbaycan dilinin inkişafına, cəmiyyətdə aparıcı mövqedə olmasına imkan vermir. Bütün bu haqsızlıqlara etiraz edən azərbaycanlılar isə ən ağır cəzalara məruz qalırlar. Onların içində qətlə yetirilənlər, uzun müddət həbsə məhkum edilənlərin sayı hesabı yoxdur. Məhz buna görə də cənab İlham Əliyev çıxışlarının birində Güney azərbaycanlılarına mesaj verdi ki, Azərbaycan dövləti sizi unutmayıb.

İran mediasında Azərbaycan əleyhinə aparılan təbliğat, qarayaxma kampaniyası, İranın yüksək vəzifəli siyasi və hərbi rəsmilərinin iki ölkə arasındakı münasibətlərin ruhuna uyğun olmayan təhdid xarakterli çıxışlarının ardından səfirliyimizə olan bu qanlı hücum İranı hazırda olduğu vəziyyətdən də çətin bir duruma salacaq.

Sonda bir daha demək istəyirəm ki, Azərbaycana qarşı əsassız ittihamlar, terror aktları cavabsız qalmayacaq. Dövlətimiz bütün bu təxribatlara siyasi və hüquqi cavab verəcək.