YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İran hər zaman Azərbaycana qarşı qeyri səmimi münasibət bəsləmişdir

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Beynəlxalq Konvensiyaya görə ölkələrin digər dövlətlərdəki səfirliklərinin yerləşdiyi ərazi onun ərazisi hesab edilir və yerləşdiyi dövlət səfirliyin qorunmasına məsuliyyət daşıyır.

İranda Azərbaycan səfirliyinə edilən silahlı hücum və səfirliyin mühafizəçilərindən  birinin ölümü və 2 nəfərin yaralanması Azərbaycanın ərazi bütövlüyünə təhdid sayılır.

Vaxtilə Qərb dövlətləri İrana hərbi müdaxilə üçün Azərbaycanın hava məkanından istifadə etməsinə, Azərbaycan dövləti İranı dost, qardaş dövlət adlandıraraq buna razılıq verməmişdir. Budurmu İrandakı molla rejiminin Azərbaycan dövlətinə minnətdarlığı? Azərbaycanın İranı özünə dost və qardaş dövlət hesab etməsi ilə bağlı çox misallar çəkmək olar. Təəssüf ki, İran hər zaman Azərbaycana qarşı qeyri səmimi münasibət bəsləmişdir. Baş vermiş bu hadisə son vaxtlar İranın siyasi dairələrində, kütləvi informasiya vasitələrində anti-Azərbaycan təbliğatının nəticəsidir. Səfirliyimizə edilən bu hücum bir daha İran rejiminin Azərbaycan dövlətinə olan münasibətinin göstəricisidir. Əksər İslam dövlətlərinə düşmənçilik edən Ermənistanı özünə qardaş hesab edən İran əslində İslam dininə də hörmətsizlik nümayiş etdirir.