YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir Andraş Aradski: Macarıstan TANAP layihəsinin reallaşmasına böyük əhəmiyyət verir

Macarıstan dövləti Trans-Anadolu qaz boru kəməri - TANAP layihəsinin icra vəziyyətini diqqətlə izləyir və onun gerçəkləşməsinə böyük əhəmiyyət verir.

“Anadolu” informasiya agentliyinin məlumatına görə, bu barədə fikirlərini bölüşən Macarıstanın enerji məsələləri üzrə dövlət katibi Andraş Aradski bildirib ki, TANAP layihəsi onun ölkəsinin enerji təhlükəsizliyi, o cümlədən iqtisadiyyatının inkişafında mühüm rol oynayacaq.

TANAP-ı Xəzər bölgəsi ilə Avropa arasında “Dəhliz açan layihə” adlandıran nazir qonşu ölkələrlə geniş enerji dəhlizlərinə malik olan Macarıstanın bu xətlə həyata keçiriləcək nəqletmə sayəsində qaz ehtiyatı tədarük etmək imkanında olduğunu bildirib. A.Aradski həmçinin nüvə energetikası və digər alternativ enerji mənbələrinin işlənilməsi sahəsində Türkiyə ilə əməkdaşlığa önəm verdiklərini diqqətə çatdırıb.