Xəbərlər
Belarus səfirliyi Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə əlaqədar başsağlığı verib

Belarusun ölkəmizdəki səfirliyi Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı başsağlığı verib.
Belarusun ölkəmizdəki səfirliyi bununla bağlı rəsmi tviter hesabında paylaşım edib.
Paylaşımda deyilir: “Belarusun Azərbaycandakı səfirliyi Azərbaycanın Xarici İşlər Nazirliyinə və İranda həlak olan əməkdaşın yaxınlarına başsağlığı verir, həmçinin yaralanan şəxslərin tezliklə sağalmasını diləyir”.