YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu terroru kəskin şəkildə pisləyirik

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə onun dostlarını sevindirdiyi kimi dostlarını da pərişan etdi. Uzdə dost-qardaş olan İran dövləti və bu ölkənin rəsmiləri müharibə başa çatandan indiyədək yalnız Azərbaycan əleyhinə təbliğat aparmaqla məşğul idi. Qələbədən sonra rəsmi Bakı İrana çox yaxşı layihələr təklif etmişdi. Azərbaycan Qarabağda İranla da bəzi layihələri birgə reallaşdırmağı düşünürdü. Amma görünən odur ki, İran obyektiv reallığı dərk edib düzgün nəticə çıxarmağı bacarmadı. Təəssüf ki, teokratik İran rejimi İslam bayrağı altında sələflərindən miras qalan şovinist siyasətini davam etdirməkdədir. Bu da sözsüz ki, bölgə üçün yaxşı nə isə vəd etmir.

İlk olaraq Azərbaycanla sərhədlərdə hərbi təlimlər keçirdi. Halbuki 30 ilə yaxın müddətdə Ermənilər tərəfindən dini abidələrimiz və məscidlərimiz təhqir ediləndə molla rejimi səsini çıxarmadı. Amma Azərbaycan dövləti olaraq bütün bu proseslərdə səbr nümayiş etdirərək, hadisələrin beynəlxalq konvensiyalara uyğun olaraq dəyərləndirilməsinə səy göstərdik.

Bu gün Azərbaycan vətəndaşları, eləcə də digər ölkələrdə yaşayan soydaşlarımız artıq öz mövqelərini bütün sosial şəbəkələrdə açıq aydın bildirirlər. Hamı Azərbaycan dövlətinin və Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək bu çətin vəziyyətdən çıxmağa ümidlidir.