YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aksiya ərazisindən hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin edilir

Laçın-Xankəndi avtomobil yolunun ekoloji aksiyanın keçirildiyi ərazisindən Rusiya sülhməramlılarına məxsus daha 6 təminat avtomobili keçib.

Gün ərzində bu saata qədər 60 avtomobilin keçməsinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin olunur. Heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.