YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın yaratdığı beynəlxalq nəqliyyat sistemi öz bəhrəsini verməkdədir

“Azərbaycanın yaratdığı beynəlxalq nəqliyyat sistemi artıq öz bəhrəsini verməkdədir. Prezident İlham Əliyev tərəfindən atılan addımlar ölkəmizi beynəlxalq nəqliyyat sisteminin tərkib hissəsinə çevirməklə yanaşı aparıcı qüvvəsi edib. Təsadüfi deyil ki, hazırda Azərbaycan Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malikdir”. Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

“Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxışı zamanı toxunduğu məsələlər Orta dəhliz üzərində yerləşən bütün ölkələr üçün prioritet olmalıdır. Çünki bunun üçün münbit şərait var. Prezidentin də qeyd etdiyi kimi Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Bu baxımdan Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırıb. Təkcə Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənəcək. Həmçinin yükdaşımanın daha da genişlənməsi, nəqliyyat infrastrukturundan daha geniş formada istifadə üçün ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda 2027-ci ilə qədər təchizatın iki dəfə artırılması nəzərdə tutulub. Əlbəttə Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır. Bu da ölkə iqtisadiyyatının inkişafına xüsusi bir töhvə vermiş olacaq”.

Deputat qeyd edib ki, bunun üçün əlbəttə görülməli işlər çoxdur. “Vahid pəncərə” sistemini tətbiq etmək məqsədilə gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılması qarşıya qoyulan məqsədlərə daha tez çatmağa imkan yaradacaq”.