YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çin və Azərbaycan münasibətləri günü-gündən möhkəmlənir

Sahib Şükürov

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri

Yanvarın  17 - də  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya İqtisadi Formunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfər etmişdir.

Səfər çərçivəsində ölkə başçısı Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına geniş məzmunlu müsahibə vermişdir. Müsahibədə Çin və Azərbaycan yaxşı dostlardır, ölkələrimiz arasında etibarlı münasibətlərin olduğu, mütamadi olaraq hər iki ölkənin dövlət başçıları arasında görüşlər təşkil olunduğu, münasibətlərin  günü-gündən möhkəmləndiyi vurğulanmışdır.

Prezident İlham Əliyev müsahibə zamanı ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinə geniş şəkildə toxunaraq bu əlaqələrin yaxşı tərəfdaş və etibarlı dostluqdan irəli gəldiyini vurğulayıb. Son 30 il ərzində iki dövlət arasında əməkdaşlıq üçün möhkəm siyasi platformanın qurulub və siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayış etdirir. Beynəlxalq təsisatlar nəticəsində iki dost ölkə arasında çox yaxşı əməkdaşlıq əlaqələri yaradılıb. Dövlətlərimiz arasında münasibətlərin daha yüksək mərhələyə qədəm qoyduğunu qeyd edən cənab Prezident eyni zamanda hər iki dövlət rəhbərləri və nümayəndə heyətlərinin iştirakı ilə keçirilən müxtəlif beynəlxalq toplantı və görüşlərdə ölkələrimizin həmişə bir-birinin ərazi bütövlüyünü və süverenliyini dəstəklədiyini diqqətə çatdırdı.

Azərbaycan və Çin arasında iqtisadi və digər sahələrdə əməkdaşlıq əlaqələri durmadan artır. Əlaqələrimizin gözəl perspektivləri mövcuddur. İnformasiya texnalogiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərirlər. Azərbaycan Çinlə həm də enerji, kənd təsərrüfatı və yüksək texnalogiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edir.

Dövlət başçısı cənab İlham Əliyev müsahibəsində qeyd edib ki, hazırda Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti  neft-qaz sektoruna yönəlsədə, lakin indi şaxələnmə istiqamətində hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpa olunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir.

“Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq. Son 10 il ərzində bu istiqamətdə mühüm işlər görülmüş və yüksək mərhələyə qədəm qoymuşdur.

Beləliklə, Prezident İlham Əliyev Davosda Çinin CGTN  televiziya kanalına müsahibə verərək bir daha Azərbaycan həqiqətlərini, mövcud reallıqları dünya ictimaiyyətinin diqqətinə çatdırdı.