YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanla BƏƏ-nin yaşıl enerji istehsalında yeni əməkdaşlığı

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri.

Prezident İlham Əliyevin 2023-cü il 16 yanvar tarixində Birləşmiş Ərəb Əmirliklərinə səfəri, keçirdiyi görüşlər və Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışı mühüm əhəmiyyət daşıyır. İlk növbədə, onu qeyd etmək lazımdır ki, mötəbər tədbirə Prezident İlham Əliyevin dəvət edilməsi Azərbaycana və onun liderinə olan böyük inamın, etimadın və hörmətin təzahürüdür. Prezident İlham Əliyevin Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışında da qeyd etdiyi kimi “Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər strateji əhəmiyyətə malikdir”.

Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə dəvət olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edərək mühüm beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən, yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyi planlaşdırır.

Ümumiyyətlə, Azərbaycanın ərəb ölkələri ilə, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri ilə strateji əhəmiyyətə malik münasibətləri dövlət siysətinin əsas vektorlarından biridir. Birləşmiş Ərəb Əmirliyi enerji istehsalı nöqteyi-nəzərdən dünyada özünəməxsus bir yer tutur. Azərbaycan isə bu gün Avropanın enerji təhlükəsizliyində yaxından iştirak edir, deməli, müsbət iqtisadi dinamika gözləməliyik. Əvvəldə də qeyd etdiyim kimi, biz 2020-ci ildə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağı və Şərqi Zəngəzuru Ermənistanın işğalından azad etmişik, bizim qarşımızda duran əsas məqsəd bu əraziləri və dağılmış iqtisadiyyatı bərpa etməkdir.

Azərbaycanda “yaşıl enerji” sektoruna sərmayənin qoyulması əhalinin dayanıqlı və ekoloji təmiz enerji ilə təmin olunması baxımından önəmlidir. Ölkəmizdə “yaşıl enerji” ilə bağlı dayanıqlı infrastruktur qurduqdan sonra daxildə ekoloji təmiz enerjidən böyük həcmdə istifadə məsələsi gündəmə gələ bilər. Həmçinin, Azərbaycanın “yaşıl enerji” sahəsində icrası planlaşdırılan qlobal layihələrdə pay sahibi olması, həmçinin ölkə daxilində bu sektora sərmayə yatırması iqtisadiyyatımızın şaxələndirilməsi baxımından da böyük önəmə malikdir.

Qeyd edək ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq işğaldan azad olunan ərazilərdə də “yaşıl enerji” zonası yaradılacaq. Dövlət Proqorama görə “Yaşıl enerji” zonasının yaradılması çərçivəsində elektrik enerjisi dəyər zəncirinin hər bir həlqəsində “yaşıl texnologiya”lardan və “yaşıl enerji” potensialından texniki və kommersiya əlverişliliyi nəzərə alınmaqla istifadə ediləcək.