YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İcma sədri: Tarixi torpaqlarımız uğrunda mübarizədə Türkiyə hər zaman Azərbaycana dəstək verib

Tarixi torpaqlarımız uğrunda mübarizədə Türkiyə hər zaman Azərbaycana mənəvi dəstək verib. Ötən əsrdə erməni millətçiləri Azərbaycan torpaqlarında cinayətlər törədəndə yenə də Türkiyə yanımızda oldu.

Bunu Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə keçirilən görüşdə deyib.

O qeyd edib ki, 44 günlük Vətən müharibəsində Türkiyənin dəstəyi hər birimizə məlumdur.