YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

20 Yanvar şəhidlərinin xatirəsi qəlbimizdə əbədi yaşayır

Xəzər rayonunda “Heydər Əliyev İli” çərçivəsində “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov, Milli Məclisin deputatları Rauf Əliyev və Kamilə Əliyeva, İctimai Şuranın üzvləri, RİH başçısı Aparatının məsul şəxsləri, təhsil, səhiyyə müəssisələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbir ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov bildirib ki, 33 il öncə müstəqil dövlətçilik tariximizin acılı, lakin şərəfli günləri yaşanıb. Vurğulanıb ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən bu hadisələrə ilk dəfə hüquqi-siyasi qiymət verildi və bu gün 20 Yanvar şəhidlərinin xatirəsi hər birimizin qəlbində əbədi yaşayır.

Milli Məclisin deputatları Rauf Əliyev, Kamilə Əliyeva, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və digərləri çıxışlarında sovet ordusunun 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və ölkəmizin digər şəhər və rayonlarında törətdiyi qanlı cinayətlərdən danışıb, xalqımızın azadlıq yolunda böyük əzmkarlıq, mərdlik göstərdiyini vurğulayıblar.  Qeyd edilib ki, Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il martın 29-da qəbul edilən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərarla 20 Yanvar qırğınına dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib. Ümumxalq Hüzn Günü elan olunması, “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi, Şəhidlər Xiyabanında “Əbədi məşəl” kompleksinin yaradılması, 20 Yanvar şəhidlərinin ailələrinin və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi də ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Vurğulanıb ki, Azərbaycan dövləti tərəfindən 20 Yanvar şəhidlərinin adının əbədiləşdirilməsi, onların ailələrinə qayğı göstərilməsi Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzindədir. 44 günlük Vətən müharibəsi xalqın qəlbində olan Vətən sevgisinin nə qədər böyük olduğunu bir daha sübut etdi. Bu müharibədə canından keçən şəhidlərimizin, Azərbaycan xalqının qan yaddaşı olan 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

DİGƏR Xəbərlər Arxiv