YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

20 Yanvar xalqımızın fəxarət və şərəf günüdür

Abbas Əliyev

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri

Qanlı Yanvar faicəsi XX əsr tarixinə və bəşəriyyətə qarşı ən amansız cinayətlərdən biri kimi tarixə yazılmışdır. Xalqımıza qarşı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə açıq hərbi təcavüz başladı. Bu faciə Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi.Xalqımız həmin gün üstünə şığıyan Sovet hərbisinin qara guruhuna qarşı sinəsini irəli verdi, öz istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Keçmiş imperiya rəhbərliyinin-şəxsən əlləri xalqımızın qanına batmış Mixail Qarbaçovun bilavasitə xeyir-duası ilə Ermənistanın Azərbaycana qarşı başladığı ərazi iddialları nəticə etibarı ilə xalqımızın milli müstəqillik və istiqlaliyyət uğurnda mübarizəsinə əlavə impulslar verdi. Xalqımız ölkəmizn ərazi bütövlüyünü qoruyub saxlamaq üçün 1988-ci ildə iradəsini ortaya qoydu. Güclü meydan hərəkatı başlatdı.

Ömrünü xalqına həsr edən  ümummilli liderimiz Heydər Əliyev isə belə ağır vəziyyətdə ailəsi ilə birgə yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi və sərt bəyanatla çıxış etdi. Azərbaycanımıza xalqımıza qarşı repressiyaya əl atmış Kremlin bir addımlığında kifayət qədər aydın, cəsarətli mövqe ortaya qoyan ümummilli liderimiz Azərbaycanının üzləşdiyi informasiya blokadasının aradan qaldırılması, real həqiqətlərin Dünya ictimaiyyətina çatdırılması üçün tarixi addım atdı. Ümummilli liderimizin bu addımı həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda böyük rezonans doğurdu. Bu qətiyyətli mövqe dərin sarsıntı içində olan xalqımıza  mənəvi dəstək oldu. Bununla da ümummilli lidermiz  hər zaman xalqla, onun problemləri ilə birgə olduğunu, dərdinə şərik çıxdığını sübuta yetirdi. Bundan narahat olan qüvvələr sonradan ulu ondər Heydər Əliyevin Azərbaycana dönmək istəyinin qarşısını almaq üçün ciddi-cəhdlə fəaliyyətə başladılar. Yaradılan maneələrə baxmayaraq, Heydər Əliyev Naxçıvana gəldi.  İlk hadisəyə hüquqi-siyasi qiymət də 1991-ci ilin noyabr ayında Heydər Əliyevin Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtda verildi. 21 noyabır  Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi tərəfindən qəbul edilmiş qərarda 20 Yanvarın Milli Matəm Günü kimi qeyd olunması qərara alındı. Qərarda ilk dəfə olaraq faciənin əsas günahkarları adbaad sadalanmış, onların birbaşa məsuliyyət daşıdıqları göstərilmişdi.  Ümummilli lidermiz   Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə respublika miqyasında siyasi-hüquqi qiymət vermək imkanı yarandı. Ulu Öndərmizin 1994-cü il 5 yanvar tarixli sərəncamında faciənin respublika miqyasında geniş araşdırılıb siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. O, il yanvar ayının 12-də Heydər Əliyevin sədrliyi ilə 20 Yanvar faicəsinin 4-cü ildönümü ilə bağlı tədbirlərin hazırlanması və keçirilməsi üzrə dövlət komissiyasının iclası keçirildi. İclasda çıxış edən ümummilli lidermiz  hadisəyə tam və hərtərəfli siyasi-hüquqi qiymət verilməsinin vacibliyini önə çəkilməsini bildirdi. 33-cü ilidir ki, artıq 20 Yanvar gününü bir qayda olaraq kədər, hüzn, matəm kimi qeyd edirik. Şəhidlərimizin ruhunu ağrı və sızıltı ilə anırıq. Heç zaman unutmamalıyıq ki, 20 Yanvar Azərbaycan xalqının tarixində təkcə ağrı və acı ilə xatırlanan gün deyil. 20 Yanvar həm də xalqımızın fəxarət və şərəf günüdür. O qanlı gecədə Qaziliyə, şəhidliyə əbədi hazır olduğumuzu bir daha sübut etmişik. Xalqımız həmin gün öz milli kimliyini sübut edərək keçmiş rejimə sarsıdıcı zərbə vurdu.  Bu hadisə bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı istiqlala layiqdir və bu yolda ən çətin sınaqlara, məhrumiyyətlərə mətinliklə sinə gərmək əzmindədir. 20 Yanvar kədəri neçə illər ötsə də, bizi heç vaxt tərk etməyəcək, çünki o gecə ən layiqli övladlarımızı itirmişik. Amma bir təsəllimiz də var: Azadlıq mücahidlərinin axıtdıqları qanlar hədər getməyib, bu qanlar göyərib bizi azadlığa qovuşdurub. Həmin qanlı gecədə şəhid olanlar hər bir azərbaycanlının qəlbində əbədi yaşayır-yaşayacaqdır.

Bu gün dövlətimiz tərəfindən 20 Yanvar şəhidlərinin ailələri Prezidentin aylıq təqaüdləri ilə təmin olunur.  Ümummilli lider Heydər Əliyev tərəfindən “20 Yanvar şəhidi” fəxri adının təsis olunması, 20 Yanvar şəhidlərinin ailələrinin, 20 Yanvar əlillərinin sosial müdafiəsi sahəsində mühüm tədbirlərə başlanması təmin edilib. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti həmin kateqoriyadan olan vətəndaşların da sosial müdafiəsinin ildən-ilə güclənməsinə imkan verib. 20 Yanvar əlillərinə də əlilliyə görə müavinət və ya pensiya, Prezidentin aylıq təqaüdləri ödənilir. Ötən dövrdən indiyə qədər həmin sosial ödənişlər dəfələrlə artırılıb, hər il 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri birdəfəlik maddi yardımla təmin edilir.