YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“20 Yanvar faciəsi Azərbaycan xalqının qan yaddaşıdır”

Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatında “20 Yanvar faciəsi Azərbaycan xalqının qan yaddaşıdır” mövzusunda tədbir keçirilib.

Əvvəlcə 20 Yanvar faciəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Astara Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, ərazi partiya təşkilat sədrləri, idarə, müəssisə rəhbərləri və gənclər iştirak ediblər.

YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov çıxış edərək bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə keçmiş Sovet İttifaqının müxtəlif təyinatlı qoşun hissələri fövqəladə vəziyyət elan etmədən qəflətən Bakı şəhərinə yeridilərək, küçə və meydanlarda toplaşan dinc əhaliyə amansızcasına divan tutmağa başladı. Nəticədə yüzlərlə dinc və əliyalın insan qətlə yetirildi, yaralandı və yaxud itkin düşdü. 

Şəhər 1 saylı orta məktəb ərazi partiya təşlilatının sədri Xədicə Əliyeva, Astara Heydər Əliyev Mərkəzi ərazi partiya təşlilatının sədri Kübra Səmədova və Astara Pedaqoji kollecinin tələbəsi Zəhra Babayeva vurğulayıblar ki, Azərbaycan tarixinin qanlı və şanlı səhifəsi olan 20 Yanvar faciəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılması tarixi reallıqları dərk etmək və onlardan doğru nəticə çıxarılmaq baxımından böyük önəm kəsb edir.