YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın şəhər planlaşdırılması sahəsində təcrübəsi dünya ölkələri üçün maraqlıdır

Azərbaycanın davamlı şəhər planlaşdırılması sahəsində çox yaxşı nəticələri var və bu istiqamətdə fəaliyyətini davam etdirir.

Bunu BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərif Davosda Prezident İlham Əliyevlə görüşdə bildirib.

O qeyd edib ki, Azərbaycanın şəhər planlaşdırılması sahəsində təcrübəsi dünya ölkələri üçün də maraqlıdır.

Xanım Maimuna Mohd Şərif Azərbaycana səfərlərini məmnunluqla xatırlayıb və BMT-nin Məskunlaşma Proqramının fəaliyyətinə verdiyi dəstəyə görə ölkəmizə təşəkkürünü bildirib. O, həmçinin hazırda Azərbaycanın UN-HABITAT-a könüllü maliyyə ianələrinə görə dünya ölkələri arasında aparıcı dövlət olduğunu deyib.