YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan bərpaolunan enerjinin ixracı sahəsində mühüm rola malik olacaq

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Azərbaycanın strateji əlaqələrə malik olduğu ölkələrdən biri də Birləşmiş Ərəb Əmirlikləridir. Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin daha yüksək səviyyəyə qalxmasına xüsusi önəm verir. Yanvarın 16-da Prezident İlham Əliyevin BƏƏ-yə səfəri əlaqələrin yüksək inkişaf dinamikasına sahib olmasının göstəricisidir.

Enerji təhlükəsizliyi bir ölkənin iqtisadi inkişafının əsas göstəricilərindəndir. Azərbaycan bir neçə il əvvəl özünün enerji təhlükəsizliyini təmin etməklə bərabər enerji məhsullarının vacib istehsalçısı və ixracatçısına çevirilmişdir. İki il əvvəl 3500 kilometr uzunluğa malik Cənub Qaz Dəhlizinin başa çatdırılması Azərbaycanın enerji ixracatı sahəsində iştirak etdiyi meqa enerji layihələrindən biridir.

Bu gün dünya ölkələri ənənəvi enerji resurslarının bərpaolunan resurslarla əvəzləməyə çalışır. Azərbaycan üçün bərpa olunan enerjinin istehsalı və ixracı xüsusi önəm daşıyır. Malik olduğu coğrafi yerləşmə Azərbaycana külək və günəş enerjisindən faydalanmağa böyük imkanlar yaradır.

Artıq bərpaolunan enerjinin istehsalı istiqamətində “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti ilə 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılıq əldə edilib. Gələcəkdə stansiyaların gücünün 10 qiqavata çatdırılması planlaşdırılır. Xüsusilə gələcəkdə yeni ixrac marşrutlarının əldə olunması Azərbaycanı bərpaolunan enerjinin ixracı sahəsində lider ölkələrdən birinə çevirəcək. Bu istiqamətdə isə Azərbaycan başlanğıc üçün ilk addımları atıb. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzalayıb. Yaşıl enerjinin də bu ixrac marşrutu ilə nəql edilməsində gələcək perspektivlər var.