YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatına TDT-nin xüsusi mükafatı təqdim edilib

Mərkəzi qardaş Türkiyənin İstanbul şəhərində yerləşən Türk Dövlətləri Təşkilatının (TDT) Baş Ofisində keçmiş Baş katiblərin portretlərinin asılma mərasimi, həmçinin fəaliyyət göstərdikləri dövr ərzində səmərəli və effektiv işlərinə görə mükafatlandırma mərasimi keçirilib.

Mükafatlandırma və portretlərin asılma mərasimində Türk Dövlətləri Təşkilatının keçmiş Baş katibi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən də iştirak edib. 

Qonaqları salamlayan Türk Dövlətləri Təşkilatının Baş katibi, səfir Kubanıçbek Ömüralıyev fəaliyyət göstərdiyi dövr ərzində deputat Ramil Həsənin fəaliyyətinin səmərəli olduğunu, dövlətlərarası münasibətlərin, eyni zamanda Türk dünyasının inkişafında mühüm əhəmiyyət daşıdığını qeyd edib və bir daha Türk Dövlətləri Təşkilatı Baş katibliyində onu görməkdən böyük məmnunluq duyduğunu vurğulayıb.

Öz növbəsində millət vəkili Ramil Həsən səmimi qəbula görə təşəkkür edib, bundan sonra da Türk Dövlətləri Təşkilatının dövlət başçılarımızın vermiş olduğu direktivlər və müəyyən edilmiş hədəflər istiqamətində əlindən gələn köməyi göstərməyə hazır olduğunu ifadə edib. Daha sonra Türk Dövlətləri Təşkilatının keçmiş üç Baş katibinin - Halil Akıncı, Ramil Həsən və Bağdad Amreyevin beynəlxalq münasibətlər sistemindəki təcrübəyə müvafiq sürətdə portretlərinin asılması mərasimi keçirilib. Həmçinin Ramil Həsənə Türk Dövlətləri Təşkilatının Baş katibi səfir Kubanıçbek Ömüralıyev tərəfindən xüsusi mükafat təqdim edilib.

Tədbirin sonunda ailə fotosu çəkdirilib və medianın sualları cavablandırılıb. Tədbirdə Türk Dövlətləri Təşkilatının Baş katibliyinin bütün əməkdaşları iştirak ediblər.