YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Demokratik mühitin bariz nümunəsi

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri  

Azərbaycanda “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul olunub və bunun üzərindən artıq 30 il keçir. Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanıb. Dövrümüzün  reallıqları isə nəzərəçarpacaq   dərəcədə dəyişib. Təbii ki, müasir dövrün tələblərinə uyğun olan və siyasi partiyaların hüquqlarını daha doğru ifadə edən qanunun hazırlanması bir zərurətə çevrilib. Ona görə də yeni qanun hazırlanarkən mövcud reallıqlar, həm ölkəmizin, həm də siyasi partiyaların inkişaf yolu nəzərə alınmışdır.

Cəmiyyətin siyasi sistemində dövlətlə yanaşı digər təşkilatlar da - siyasi partiyalar və ictimai birliklər fəaliyyət göstərir. Onlar bu və ya başqa dərəcədə ölkənin siyasi həyatında iştirak edirlər. Bu nöqteyi-nəzərdən yeni qanun partiyaların fəaliyyətini məhdudlaşdırmağa yox, daha da genişləndirməyə xidmət edir. Məsələn,“Siyasi partiyalar haqqında” yeni Qanuna əsasən dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Həmçinin siyasi partiyaya ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı ilə bağlı olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verilir. Ümumilikdə isə yeni Qanunda siyasi partiyaların  maliyyə məsələsi, onun idarə olunması, partiyaların  parlament müstəvisində fəaliyyəti və s. məsələlər  haqqında müddəalar əksini tapmışdır.

Bu gün Azərbaycan dövləti siyasi partiyaların inkişafının və onların ölkənin siyasi həyatında mühüm rol oynamasının tərəfdarıdır. Mövqeyindən asılı olmayaraq bütün siyasi partiyalar üçün bərabər şərait yaradılır. Elə ona görə də, 44 günlük Vətən müharibəsində-xalqın birliyə, bərbabərliyə ehtiyac duyduğu bir məqamda ölkə ərazisində fəaliyyət göstərən siyasi partiyalar da bu  prosesə qoşuldu. Azərbaycanın müstəqillik tarixində demək olar ki, ilk dəfə olaraq müxtəlif platforması və fərqli siyasi baxışları olan siyasi partiyalar iqtidar partiyası ilə olan fikir ayrılığını, hadisələrə müxtəlif yanaşma tərzini bir kənara qoyaraq, həmrəylik nümayiş etdirdi və Ali Baş Komandanın yanında olduqlarını bəyan etdilər. Bütün bunlar isə ölkəmizdə formalaşan sağlam, demokratik mühitin bariz nümunəsidir. Əminliklə deyə bilərik ki, Azərbaycan bundan sonra da demokratik yolda inamla addımlayacaq.