YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Quba rayon təşkilatının yaranmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə olunub.

Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon təşkilatının sədri Fidan Hüseynova bildirib ki, partiyanın ilk rayon təşkilatlarından biri 1993-cü ilin yanvar ayının 16-da Quba rayonunda yaradılıb.

Bu gün artıq YAP Quba rayon təşkilatı sağlam düşüncəli, partiyanın amalına sədaqətli, Prezidentin daxili və xarici siyasətini dəstəkləyən 9608 nəfər partiya üzvünü öz ətrafında birləşdirib. Onlar 82 ərazi partiya təşkilatında təmsil olunurlar. Partiya üzvlərinin 4044 nəfərini qadınlar, 1979 nəfərini 18-35 yaşlı gənclər təşkil edir.

Tədbirdə çıxış edən Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Taryel İbrahimov bildirib ki, ulu öndər Heydər Əliyevin ideyaları bu gün də yaşayır, qalib gəlir. Prezident, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən bu ölməz amallar sədaqətlə, cəsarətlə, müvəffəqiyyətlə həyata keçirilir.

Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialının müəllimi, əməkdar mədəniyyət işçisi Elza Orucova vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və rəşadətli Azərbaycan Ordusunun yüksək qəhrəmanlığı sayəsində Böyük Zəfər qazanıldı. İndi həmin ərazilərimizdə quruculuq və abadlıq işləri aparılır. Bu şərəfli missiyanın həyata keçirilməsində Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının bütün üzvləri Prezidentin ətrafında sıx birləşərək onun apardığı siyasəti dəstəkləyirlər.

Şəhid anası Mehriban Əliyeva çıxış edərək Yeni Azərbaycan Partiyasının qələbələr partiyası olduğunu vurğulayıb. Göstərilən diqqət və qayqıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib,

Vətən Naminə Şəhid ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid anası Tünzalə Abduləlimova şəhid ailələri, qazilər və digər həssas qrupa aid insanlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edib. Bu kateqoriyadan olan insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması kimi məsələlərin dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindən olduğu vurğulanıb.

Quba rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov bildirib ki, Heydər Əliyev dühasının Yeni Azərbaycan Partiyasının proqramında ifadəsini tapmış dövlətçilik strategiyası son 30 ildə bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənib. Bu müddətdə hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması, milli təhlükəsizlik və xarici siyasət məsələlərinin həlli istiqamətində mühüm işlər görülüb. Bunlar partiyaya olan inamı, etimadı daha da gücləndirib və sarsılmaz edib.

Sonra partiya işindəki səmərəli fəaliyyətinə görə bir qrup şəxsə fəxri fərman, partiya sıralarına yeni qəbul olunanlara partiya vəsiqələri təqdim olunub.

 

DİGƏR Xəbərlər Arxiv