YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyasi partiyalar siyasi sistemin güzgüsüdür

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Ölkəmizdə siyasi partiyalar haqqında qanun sonuncu dəfə ­1992-ci ilin iyununda qəbul edilmişdi. Sonrakı illərdə ona müəyyən dəyişikliklər edilməsinə baxmayaraq, müasir zamanla uyğunlaşmaq üçün, məsələyə kompleks baxışın ortaya qoyulması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Milli Məclisində böyük ictimai əhəmiyyət daşıyan yeni qanun layihəsinin hazırlanmasına diqqətlə yanaşılıb. Bununla əlaqədar olaraq Milli Məclisdə layihə üzərində iş aparılarkən, əlaqədar ekspert komissiyası yaradılmış, komissiya tərəfindən 20 ölkənin bu sahədəki təcrübəsi öyrənilmişdi. Hətta müəyyən olunmuşdur ki, ötən illər ərzində qonşu ölkələrdə də siyasi partiyalarla bağlı qanunvericilikdə maliyyələşmə ilə bağlı dəyişikliklər olmuşdur.  Bununla yanaşı, ölkəmizdəki 47 siyasi partiyadan 250-dən çox təklif daxil olmuşdur ki, onlara da kifayət qədər diqqət yetirilmişdi. Aptıq siyasi partiya anlayışının, partiyaların təsis edilməsi, maliyyələşməsi və sair bu kimi məsələlərin qanunvericilikdə konkret şəkildə göstərilmə zərurəti yaranmışdır.

Siyasi partiyalar siyasi sistemin əsas güzgüsüdür. Həqiqətən, çox sevindirici haldır ki, siyasi partiyaların fəaliyyətinə geniş imkanlar yaradacaq yeni qanun qısa müddətdə hazırlandı və parlament tərəfindən qəbul edildi. İnanıram ki, yeni qanun siyasi partiyaların nüfuzunun yüksəlməsinə də ciddi şəkildə təsir ­edəcək. “Siyasi partiyalar haqqında Qanun”un qəbulu Azərbaycanın siyasi həyatında çox mühüm hadisədir. Bu sənəd siyasi müstəvidə münasibətlərin aydınlaşmasına, siyasi partiyaların gücünün birləşməsinə, eyni zamanda, düşüncəsi cəmiyyət tərəfindən qəbul olunacaq siyasi qüvvənin üzə çıxarılmasına münbit şərait yaradır.

Siyasi partiyalar haqqında yeni qanunun qəbul edilməsi siyasi sistemimizin özünün sifarişindən irəli gəlirdi. Ona görə də qanunverici orqan olan Milli Məclisdə təmsil olunan 11 siyasi partiyanın bu barədə təşəbbüsü dərhal təqdirlə qarşılandı və nəticədə, bugünkü siyasi münasibətlərimizin tələblərinə uyğun olan yeni qanun layihəsi ərsəyə gəldi. Yeni qanunda siyasi partiyanın necə təsis edilməsi, reyestrdə onlarla bağlı hansı məlumatların olması, partiya fəaliyyəti üçün tələblər, habelə siyasi partiyaların fəaliyyətinə nəzarət mexanizmləri, partiyaların rəmzlərinin müəyyənləşməsi, onların  maliyyələşməsinin təşkili, qeydə alınmayan və ya qeydiyyatı ləğv edilən siyasi partiyanın fəaliyyətinin nədən ibarət ola biləcəyinə və sair məsələlərə dair məqamlar yer alıb.

Beləliklə, hamının arzuladığı qanun nəhayət, qəbul edildi və gələcəkdə siyasi partiyaların fəaliyyətində faydalı rol oynayacaq.