YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid ailələrinə qayğı

Astarada şəhid ailələrinə və qazilərə hərtərəfli diqqət və qayğı göstərilir.

Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Astara Rayon İcra Hakimiyyəti başçısı Aparatının Şəhid ailələri və qazilərlə iş şöbəsinin müdiri Turan Həsənzadə, Kijəbə qəsəbə ərazi icra nümayəndəsi Sədail Qasımov, ərazi partiya təşkilat sədrləri, partiya fəalları, şəhid ailələri, qazilər və rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları Astara rayonu Kijəbə qəsəbə sakini şəhid Babazadə Orxan Sədail oğlunun qardaşının toy mərasimində iştirak ediblər.

YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov yeni ailə quran gənclərə ən xoş arzularını çatdırıb. Bildirib ki, şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunublar.

Şəhidin ailə üzvləri onlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.