YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputat Anar Məmmədov seçiciləri ilə onlayn görüş keçirib

Milli Məclisin deputatı Anar Məmmədov növbəti dəfə vətəndaşlarla onlayn görüş keçirib. Videoformatda keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən su, iş və yaşayış yeri ilə təmin edilmə, müalicə-müayinə, ünvanlı sosial yardımın alınması, təhsil, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, hüquqi yardım və s. ilə bağlı idi.

Seçicilərin səsləndirdikləri müraciətləri qeydə alınıb, növbəti addımların atılması istiqamətində müzakirələr aparılıb, bəzi məsələlər yerindəcə həll edilib, digərləri ilə əlaqədar aidiyyatı qurumlar qarşısında tezliklə məsələ qaldırılacağı bildirilib.