YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın daha bir ştatı Azərbaycanın milli bayramı - Respublika Günü ilə bağlı qətnamələr qəbul etdi

Texas Ştatı Azərbaycanın milli bayramı - Respublika Gününü rəsmi qətnamələr vasitəsilə təbrik edən digər ABŞ ştatlarına qoşuldu. Texas Ştatının Senatında və Nümayəndələr Palatasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü münasibətilə qətnamələr qəbul edildi.

Hər iki qurumda yekdilliklə qəbul olunmuş qətnamələrdə 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik respublika kimi fəaliyyəti, 1991-ci ildə müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikasının onun varisi olduğu qeyd edilir.

Bununla yanaşı, ABŞ-ın sadiq dost və tərəfdaşı kimi Azərbaycanın mürəkkəb, geosiyasi baxımdan olduqca mühüm bir regionda demokratik dövlət olduğu vurğulanır. Regional sabitliyinin qorunmasında Azərbaycanın müstəsna rolu, terrorçuluğa qarşı mübarizədə və enerji təhlükəsizliyi məsələlərində önəmli tərəfdaş olduğu xüsusi qeyd edilir.

Qətnamələrdə, həmçinin Texasın Bakı şəhəri ilə qardaşlaşmış Hyuston şəhərində yaşayan Azərbaycan icmasının mədəniyyətlərarası anlaşmaya və mədəni müxtəlifliyə verdiyi töhfədən bəhs olunur.

Xatırladaq ki, bir neçə gün əvvəl Texas Ştatının Senatı və Nümayəndələr Palatasının yerləşdiyi binada 28 may - Respublika Gününə həsr olunmuş ziyafət keçirilmişdi.