YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Laçın-Xankəndi yolundan sülhməramlıların avtomobillərinin sərbəst hərəkəti davam edir

Hər zaman olduğu kimi, bu gün də Laçın-Xankəndi yolunda təşkil olunan aksiya ərazisindən humanitar məqsədli istənilən hərəkətə şərait yaradılır.

Laçın istiqamətindən Xankəndiyə doğru hərəkət edən sülhməramlılara aid bir minik və bir təminat avtomobilinin aksiya ərazisindən sərbəst keçidi təmin olunub.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin olunur. Heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.

Xatırladaq ki, azərbaycanlı ekofəallar Qarabağda faydalı qazıntı yataqlarının istismarına qarşı Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda ötən il dekabrın 12-dən dinc aksiyaya başlayıblar.