YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan İkinci Qarabağ müharibəsində qazandığı şanlı hərbi qələbəni siyasi müstəvidə də təsdiqlədi

“Prezident İlham Əliyev yerli televiziya kanallarına 10 yanvar 2023-cü il tarixində verdiyi müsahibəsində bir çox əhəmiyyətli məsələlərə toxundu. Xüsusilə qeyd etdi ki, İkinci Qarabağ müharibəsindən sonra əsas vəzifəmiz şanlı hərbi qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün ərzində davam edərək erməni işğalı altında olan əzəli torpaqlarımızın azad edilməsi ilə nəticələnən zəfərimiz ən parlaq və şanlı  tariximizdir. Bu günkü və gələcək nəsillərimiz bu tarixi hadisəni hər zaman qürurla xatırlayacaq və dövlətimizin, xalqımızın sınmaz iradəsi və qətiyyəti ilə fəxr edəcək. Biz təkcə hərb meydanında deyil, həmçinin siyasi, diplomatik sahələrdə də yüksək üstünlük qazanmışıq. İstər Vətən müharibəsi zamanı, istərsə də postmüharibə dövründə baş verənlər bunu sübut edir. Dövlət başçısı, müzəffər Ali Baş Komandanın dünyanın tanınmış media orqanlarına verdiyi tutarlı və əsaslandırılmış, Ermənistanın və onun havadarlarının işğalçı mahiyyətlərini ifşa edən müsahibələr informasiya müharibəsində də qələbəmizə əsas oldu”.

Bu sözləri açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib. Onun sözlərinə görə tarixi qələbəmizdən sonra dövlətimiz tərəfindən milli maraqlarımızın təmin edilməsi, 10 noyabr tarixli üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsi istiqamətində səylərinizi davam etdirir. Bir sözlə, müharibə bitsə də, mübarizə hələ davam edir. Çünki Ermənistan tərəfi bəyanta əsasən üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirməyib və havadarları ilə birgə revanşist açıqlamalarından əl çəkməyib. Lakin Azərbaycan öz mövqeyində, davamlı sülhün və əmin-amanlığın təmin edilməsi üçün qətiyyətlə mübarizə aparır. Ermənistan sülh müqaviləsinin imzalanması yönündə aparılan işlərə və danışıqlara öz töhfəsini verməli və bu məkrli planlarından əl çəkməlidir. Çünki regionun inkişafı davamlı sülhdən asılıdır və ancaq belə olacağı təqdirdə dövlətlərin və xalqların təhlükəsizliyi təmin edilə bilər.

Rayon təşkilatının sədri, daha sonra dövlət başçısının müsahibəsi zamanı toxunduğu iqtisadi, sosial islahatlarla bağlı fikirlərini bölüşdü. Vurğuladı ki, bu gün Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Təbii ki, bu imicin və etimadın formalaşmasının əsasları var. Çünki Azərbaycan özünün iqtisadi inkişafı, bu sahədə həyata keçirdiyi davamlı və səmərəli islahatların nəticələri, enerji sahəsində bir çox ölkələrlə, xüsusilə Avropa ilə mövcud əlaqələri bu etimadın formalaşmasında əhəmiyyətli rol oynayır. Ölkəmizin birbaşa təşəbbüsü və iştirakı ilə regional və daha irimiqyaslı iqtisadi layihələr uğurla icra olunur, perspektivdə yeni layihələrin icrası nəzərdə tutulur: “Həm Dünya Bankı ilə, həm Avropa Yenidənqurma və İnkişaf Bankı ilə icraatda olan layihələr artıq başa çatır. Qeyd etmək lazımdır ki, bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur. Ancaq ölkəmiz dünyada hökm sürən bu böhranlı vəziyyətdən xalqımızın maksimum az zərərlə çıxması üçün sosial layihələrini davam etdirir. Bizim məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın rifahını daha da yaxşı təmin etməkdir. Ötən il ölkəmizin ümumi daxili məhsulu rekord həddə çatıb. Minimum əməkhaqqının 15 faiz artması inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıb və minimum əməkhaqqı artıq 345 manata çatıb. Sosial proqramlar bütün təbəqədən olan insanları əhatə edir. Xüsusilə həssas təbəqədən olan vətəndaşlarımıza diqqət və qayğı göstərilir. Belə ki, pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya 16,7 faiz artırıldı, 280 manata çatdı və bu proses davam etdiriləcək”.

YAP Binəqədi rayon təşkilatının sədrinin sözlərinə əsasən İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələrinin, eləcə də əlil olmuş hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi üçün islahalar davam etdirilir. Bu müddət ərzində Vətən müharibəsi zamanı əlil olmuş 379 hərbçi ən müasir protezlərlə təmin edilib. Dövlətimiz bütün sahələrin inkişafını diqqətdə saxladığı kimi, sosial sahənin inkişafını da diqqətdə saxlayır və vətəndaşlarımıza layiqli həyat şəraitinin yaradılması üçün sosial siyasətini uğurla həyata keçirir. İnanırıq ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə dövlərimiz və xalqımız bundan sonra da inkişaf edəcək, milli maraqlarımızın təmin edilməsi, yüksək tərəqqiyə, sülhə və təhlükəsizliyə hesablanmış qətiyyətli addımları öz müsbət nəticəsini qoruyub-saxlayacaq.