YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtərdə “Heydər Əliyev İli”nə həsr edilmiş şahmat turniri keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı, Tərtər Rayon İcra Hakimiyyəti, Tərtər rayon Gənclər və İdman İdarəsi, Tərtər rayon Təhsil Sektorunun və Tərtər rayon Uşaq Gənclər və İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr edilmiş məktəblilər arasında şahmat turniri keçirilib.

Turnirdə rayonun pilot məktəblərindən 6-8, 10-12, 14-16 yaş qrupları üzrə 30-u qız, 50-si oğlan olmaqla ümumilikdə 80 nəfər məktəbli iştirak edib.

Yarışdan öncə rayonun mərkəzi meydanında ucaldılan müasir Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül-çiçək dəstələri düzülərək dahi şəxsiyyətin xatirəsi ehtiramla anılıb.

Tərtər Uşaq Gənclər İdman Şahmat Məktəbində keçirilən turnirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Çıxış edən Tərtər RİH başçısının birinci müavini Elvin Umudov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb. Bildirib ki, ölkəmizdə idman növü kimi şahmatın kütləvi inkişafı ötən əsrin 70-ci illərindən başlayıb. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həmin dövrdə rayon mərkəzlərində və şəhərlərdə şahmat məktəbləri tikilib istifadəyə verilib, peşəkar şahmatçılar nəsli yetişdirilib və Azərbaycan şahmat məktəbinin əsası qoyulub.

Sonra YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, rayon Təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev və UGİŞM-nin direktoru Emin Quliyev qeyd ediblər ki, dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb. Keçmiş Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olub, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilib. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi.

Sonra yarışa start verilib. Şahmat turnirinin qalibləri YAP Tərtər rayon təşkilatının fəxri fərmanı və Tərtər rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edilib.